Cənnəti-ədn imiş üzün, üştə ləbin də kövsəri,Qədrü bərat imiş saçın, xalü xətin mələkləri.

Qaliyəbu saçınla çün can ilə vüslət etmişəm,Çini-tatarı bulmuşam ud ilə mişkü ənbəri.

Mə’dəni-ruh əgər desəm ləblərinə, əcəb degil,Cövhəri cövhəri bilir, sən mana sor bu cövhəri.

Hüsnü cəmali-surətin qiblədir, uşbu mə’nidənSurətinə sücud edər ay ilə şəmsi-xavəri.

Can ilə kim ki, könlünü eşqinə qılmadı vətən,Divə müsəlləm eylədi məmləkəti-Skəndəri.

Dairəsində sünbülün nöqtə günəşdir, ay ilə,Gör nə imiş bu nöqtənin daireyi-müdəvvəri?

Lövhi-zəmirə nəqşini sübhi-əzəldə yazmışam,Məhv eləməz bu səfhədən kimsə bu nəqşi-peykəri.

Üzünə qarşu, ey mələk, hüsnünü öymə kim, anaAy ilə gün sücud edər, anda pərin tökər pəri.

Kişvəri-əmnü afiyət, mə’rifətin kilididir,Ey məliki-zəmanə, gəl fəth edə gör bu kişvəri.

Həşrü hesabü məhşərə qail isən, gəl üştə görHəlqələrində zülfünün şol ərəsati-məhşəri.

Макта — последний бейт с тахаллусом поэта. Gülşəkəri nə vəch ilə ağzına nisbət eyləyimKim, xəcil eylədi ləbin bal ilə qəndü-şəkkəri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви