Dərdə müştaq olmayan kimdir ki, dərman istəyə
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Dərdə müştaq olmayan kimdir ki, dərman istəyə?Qəbləl-mövti bilməyən, sən sanma ki, can istəyə.
Cövhəri olmaq gərəkdir, cövhəri bulmaq gərək,Hər kimin könlündə vardır, vara ol kan istəyə.
Can ilə, dünyavü üqba hər kim ol tərk etmədi,Müddəidir, sanma kim, ol vara canan istəyə.
Xizrlə zülmatını tanımayan heyvan kimi,Nə bilə kim, qanda vara, abi-heyvan istəyə?
Kim əzəl tanımadı kəndi vücudu şəhrini,Ol gədahimmət nə yoldan vara sultan istəyə?
Ənbərin zülfü anın, kim ki, dolaşdı boynuna,Başı top olsun anın, gər özgə çövkan istəyə.
Макта — последний бейт с тахаллусом поэта. Zülfünün küfrün əgərçi əhli-fəzl iman bilir,Ey Nəsimi, sanma sən kim, kafər iman istəyə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-derde-mustaq-olmayan-kimdir-ki-derman-isteye
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Dur, ey cəfa ilə servi-qəddi şikəstə oğul,Hava çox istidü, yatma quru yer üstə oğul.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Heyf, məndən ol mələksima pəri can istəməzHeyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,