Yaran, bahar mövsümüdür, aşiq olmalı!Canan yolunda ölmək üçün şaiq olmalı!

Fəsli-bahar, mövsümi-gül, vəqti-badədir,Məşuqə xassə şux, cavan, türki-sadədir.Saqinin iltifatı bizimlə ziyadədir,Varkən bu fürsət əldə dəmi-istifadədir.Meyxarəlikdə qeyrilərə faiq olmalı!

Yarın çatıb gözəlliyi həddi-kəmalına,Minbəd səcdə etməli taqi-hilalına.Pərvanəva yanmalı şəmi-cəmalına,Zahid nə dersə, uymamalı qilü qalına.Can verməli, mey almalı, lap fasiq olmalı!

Dəmdir ki, şövqi-arizi-dilbərlə məst olaq,Dəmdir ki, bütləri unudub həqpərəst olaq.Dəmdir ki, “nisti” arayaq, ta ki, “həst” olaq,Dəmdir ki, cümlə vafii-əhdi-ələst olaq,Yaran! Öz əhdü vədimizə sadiq olmalı!

Məcnun kimi əlaiqi həp tərk etməli,Leyla tərəf ayaqla deyil, başla getməli.Əğyar cövrü görməli, töhmət eşitməli,Hər növ olsa hasili-canana yetməli.Ta bəzmi-vəslə girmək üçün layiq olmalı!

Çal, mütriba ki, vəqti-sürudü təranədir,Sən də oxu, müğənni, sözün aşiqanədir.Nəğmən bizi ayıltmağa yaxşı bəhanədir,Lakin zəmanə çünki fəna bir zəmanədir.Eyham ilə, kinayə ilə natiq olmalı!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви