Derlər ki, xəlq üç yüz ili Adəm ağladı,İnsaf etməyib babamız, çox kəm ağladı.

Olsa həyatım ağlar idim ruzi-həşrə tək,Üç yüz ilin nə behcəti kim, Adəm ağladı?

Mən ağlayanda Kövsərə yüz verdi yüz məlal,Kəbə geyib libasi-qəra, Zəmzəm ağladı.

Gəh övcü gəh həzizdə gördü fəğanımı,Mütrüb nə vəqt eylədi zilü bəm, ağladı.

Düşdüm cüda çü cənnəti-kuyindən ol məhin,Halimə oldu cinnü pəri həmdəm, ağladı.

Göz yaşı ilə xürrəm o sərvi edib könül,Bir ləhzə görmədi özünü xürrəm, ağladı.

Макта — последний бейт с тахаллусом поэта. Gördü gözüm ki, yarı gəlir ağlayanda mən,Seyyid kimi sirişk töküb peyhəm ağladı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости