Sənə olsaydı, ey gül, Yusifin filcümlə oxşarı,Olurdu nəqdi-can ilə cahan əhli xəridarı.

O mahi-zərfüruşun qalmışam didarına həsrət,Hücumi-müştəridən gərmdir əzbəs ki, bazarı.

Gəlir ol Yusifin bazarına zali-fələk hər gün,Gecə ta sübh kövkəblərdən eylər cəm dinarı.

Əyari-nəqdi-eşqi, ey könül, sərraf olandan sor,Büruz eylər məhəkdə simi-nabın qədrü miqdarı.

Макта — последний бейт с тахаллусом поэта. Nə bilsin bibəsərlər qiymətin əşari-canbəxşin,Apar sərrafə göstər, Seyyida, bu dürri-şəhvarı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов