Dün qismət oldu çeşmimə xalın nəzarəsi
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Dün qismət oldu çeşmimə xalın nəzarəsi,Sandım yanıbdı çərxdə bəxtim sitarəsi.
Yüz gün salır arayə fələk səngi-təfriqə,Saz olsa bir gün aşiqü məşuqun arəsi.
Məndən ayırdı çərx o qaşı hilalımı,Yandırsa çərxi, var yeri, ahım şərarəsi.
Dün gecə xəttü xalüvə baxdım o qədr kim,Ey zülfi-qarə, gözlərimin getdi qarəsi.
Getmək qaşın xəyalı könüldən məhaldır,Məhşər ola sağalmaz o şəmşir yarəsi.
Bimari-eşqə vermə davalər əbəs, təbib,Ölməkdən özgə yoxdu onun hiç çarəsi.
Ol qaşı yayın oxlarını çəkmə sinədən,Çəksən salır cahanə xələl qan fəvarəsi.
Ağzın xəyali etdi vücudum ədəm, mənimYox özgə bir qəmim, bu sözün aşkarəsi!
Макта — последний бейт с тахаллусом поэта. Bir zəxmi-cansitanla məni eylədi həlak,Can verdi, Seyyida, genə zəxmi-dübarəsi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-dun-qismet-oldu-cesmime-xalin-nezaresi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Necə ki, Yusif-ibn HəccacıNəql edirlər o sahibi-tacı,
Alimlərə hörmət haqqında moizəCəfər, ey nuri-dideyi-Seyyid,Qönçeyi-novrəsideyi-Seyyid,
Bir “qare” ilə şagirdlərin əhvalatıMisrdə bir yeganeyi-dövranMənə bu macəranı qıldı bəyan.
Oğluma xitab (Ey oğul, nifrət eylə vahimədən)Ey oğul, nifrət eylə vahimədən,Vahimə şumdur, müxərribi-tən.
Стихи других поэтов · О любви
Sənsiz nəfəsi səbrü qərarım yoxdur,Nəzzarədən özgə intizarım yoxdur.
Salma bu qəra zülfünü rüxsarə, amandırSalma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.
AğlayıbdırSəhərdən vardım köyünəGördüm yarım ağlayıbdır
قاعده ای نهاد خوش حسن تو باز در جهانعشق تو زد سه نوبه ای بر در دار ملک جان