Dün düşdü güzarım yarın kuyinə
Dün düşdü güzarım yarın kuyinə,Dərdü qəm çevrəsin alıbdı, gördüm.Soruşdum əhvalın, cavab vermədi,Gözləri yaş ilə dolubdu, gördüm.
Ahü zar çəkməkdən yox olub varı,Ayinəsin tutmuş möhnət qubarı.Əyyami-xəzana dönüb baharı,Saralıb gül rəngi solubdu gördüm.
Kamana dönübdü qaməti-mövzün,Əhvalını fələk edib digərgün.Gecə-gündüz ağlamaqdan əşki-xunAlmas kiprikləri yolubdu gördüm.
Hanı mən gördüyüm əhmər yanaqlar,Müsəlsəl geysular, nəsrin buxaqlar?Təravətdən düşüb qönçə dodaqlar,Deyib-danışmaqdan qalıbdı, gördüm.
Zakir, xərab olsun belə zəmanə,Həmişə yaxşılıq verib yamanə,Yar ilə qolboyun gəzdiyim xanəDağılıbdı, bərbad olubdu, gördüm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-dun-dusdu-guzarim-yarin-kuyine
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məşşatə gözünə sürmə çəkəndəSanasan, gözümə bıçağı çəkər,
Çıxmadı, qurtulaq dərdü bəladanÇıxmadı, qurtulaq dərdü-bəladan,Gündə bir zakuni görən canımız!
Badi-səba, mənim dərdi-dilimiВсе ль ты ей передал, о зефир, когдаТы в садах пролетал?— Что она отвечала?
Bir saat havada qanad saxlayınЗадержите на час полет в высоте,Поглядите на скорбь мою, журавли.