Düşmüşəm çöllərə, ey Leylicəmal,Məcnun kimi səni gördəndən bəri.Cəm olmaz sərimə əqlü kəmalım,Könlümü zülfünə verəndən bəri.

Şirin göftarından ayrı lalam mən,Ümid yoxdu gələn ilə qalam mən;And olsun Kəbəyə, xəstəhalam mənKəbəyi-kuyindən gələndən bəri.

Bir aşiq can ver cananə əgər,Bişübhə behişti-bərinə gedər,Nə könlüm açılar, nə üzüm gülərSəg rəqib dərində öləndən bəri.

Mən deyirdim desəm dildarə qəmi,Əlbət mənə olur lütfü kərəmi;Birə yüz artıbdır cövrü sitəmiDəxi də dərdimi biləndən bəri.

Zakirəm, kəmanə dönüb qamətim,Nə xurdü, nə xabım, nə də rahətim.Gələ gör ki, kəsilibdi taqətim,Yay qışın taqini görəndən bəri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви