Xuraman-xuraman seyri-gülşənəAl geyinib çıxma, Allahı sevər;Sən bəşər deyilsən, suni-xudasan,Yıxarlar evimi, çoxdu bədnəzər.

Tək yaradıb səni xaliqi-əşya,Mahi-bədrə bənzər rüxsari-ziba;Arasında bini-siminin guyaƏngüşti-nəbidən şəqq olub qəmər.

Hər kəs gedib öz şüğlünə, karına,Mənəm düşən eşqin girü darına;Bilməzəm əbrudur, can şikarına,Ya şahbaz gözlərin açıb balü pər.

Diyarü-qürbətdə dili-divanə,Necə tab edərdi qəmi-hicrano;Nəkhəti-zülfünü məşami-canəGətirməsə gündə nəsimi-səhər.

Zakirəm, mən sənə olmuşam mail,Danışığım hədyan, kəlamım zail;Divanə sözünə qatmışam aqil,Dolanım başına, olma mükəddər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов