Əyyami-zimistan keçdi, sevdiyim!Dur seyr elə, işrət baharıdır bu!Rəna qamətinə baxıb xəlayiqDesinlər ki, kimin nigarıdır bu?

Sübhədən qol-boyun yatmaq çağıdı,Dərdü qəmi kənar atmaq çağıdı,Gəl savaşma, alıb satmaq çağıdı,Keçirmə, məhəbbət bazarıdır bu.

Can quşun, ey əcəl, arasan təndə,Onun hökmü nə səndədir, nə məndə;Qaçıb daldalanıb künci-bədəndə,Bir laçın gözlünün şikarıdır bu.

Hər aşiq ki, gəlsə səri-kuyinə,İlişir yüz yerdən tari-muyinə.Könül çox dolanır dövri-ruyinə,Heç deməz, harami güzarıdır bu.

Əmanətim budur, Aallahı sevər,Nəşimi yol üstə dəfn eyləsinlər.Ötəndə, keçəndə vəfalı dilbər,Desin Zakirimin məzarıdır bu!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви