Eşitdim gözəllər seyrə çıxıbdır
Eşitdim gözəllər seyrə çıxıbdır,Getdim, gördüm canlar alan gəlməmiş.And verib soruşdum bir-bir, dedilər:Fəqir, səni dərdə salan gəlməmiş!
Əyyami-zimistan keçib, gələ yaz,Mükoddər xatirim bir dəm açılmaz;Yüz min təbib olsa yaram sağalmaz,Özü məni dərdə salan gəlməmiş.
O sərvəri-xuban, o şahi-sənəmMübarək əlilə etməsə mərhəm,Gözümün qan-yaşı qurumaz bir dəm,Oxu sınıb dildə qalan gəlməmiş.
Müsəlsəl geysusun töküb rüxsarə,Siyah sürmə çəkib çəşmi-xumarə;Dəli könül, gör başına bir çarə,Gözü sərxoş, zülfü ilan gəlməmiş.
Zakir ilə yoxdur ülfəti əgər,Cəm imiş dərində eşq əhli yeksər;Təkəllümə gəlib vəfalı dilbər,Soruşub: “bəs neçin filan gəlməmiş?”
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-esitdim-gozeller-seyre-cixibdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu gün – bayram günü səhni-çəməndəGördüm nazəninlər xürrəm oturmuş.
Qadir Allah bir də səbəb salaydıQadir Allah bir də səbəb salaydı,Bəyaz cəbinində tağı görəydim.
Qadir Allah səbəb sala arayaQadir Allah səbəb sala araya,Gənə dost kuyinə yollar açıla.
Dərdbilməzlər qınar məni, heç deməzDərdbilməzlər qınar məni, heç deməzDərd ilən doludur döşüm, ağlaram.
Стихи других поэтов · О любви
Səni xuda yaradıb, dilbəra, deyib-güləsən,Nəinki sallayasan qaşqabağuvi belə sən!
YazıqdırHavayı həvəsə ciyərin yaxma,Ərənlər verdiyi gözə yazıqdır.
Neyləmişəm məndən üz döndəribsənNeyləmişəm, məndən üz döndəribsən?Allahı sevirsən, bir gəz bəri bax!
Qoşa qalır izlərimizAzəroğluna*Nə yaxşı ki, sən var idin yer üzündə,