Neyləmişəm məndən üz döndəribsən
Neyləmişəm, məndən üz döndəribsən?Allahı sevirsən, bir gəz bəri bax!Aç üstün qabağın zər qəsabənin,Zülfün təxtəsini görkəz, bəri bax!
Ey gözləri cəllad, kirpiyi almas,Gör nə derəm, bir sözümə qulaq as!Axır sənə mən eylərəm iltimas,Burayatək naz istəməz, bəri bax!
Söylə görüm, nə demişəm sənə mən,Bidəmağ olubsan əbəs yerə sən?Bu qədər incitməz sevəni sevən,Dostluq yolu belə olmaz, bəri bax!
Mən sənin vəsfini, ey mahi-kərəm,Hafizdən, Camidən artıq söylərəm,Haqq bilir ki, səni necə istərəm,Ay bivəfa, qədirbilməz, bəri bax!
Bu necə adətdir, necə ərkandır,Deməzsən filanı bizə mehmandır,Vaqif öz qulundur, sənə qurbandır,Öldürsən də, vallah, dinməz, bəri bax!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-neylemisem-menden-uz-donderibsen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey pərisima, sənin didarının müştaqiyəm,Zülfü ənbər buylu, gül rüxsarının müştaqiyəm,
Sənin, ey şux məlaikzadə, qurbanın olumSənin, ey şux məlaikzada, qurbanın olum,Gəlmişəm dərgahına mən dada, qurbanın olum,
Ey mahi-şərəf, mehrü vəfalər gətiribsənEy mahi-şərəf, mehrü vəfalər gətiribsən,Çox lütfü kərəm, cudü ətalər gətiribsən,
Əla ey təxtigahi-mədələt sultanı, xoş gəldin!Əla ey təxtigahi-mədələt sultanı, xoş gəldin!Xəyalım şəhrinin sərdari-zül-ehsanı, xoş gəldin!
Стихи других поэтов · О любви
Dila! Əzm eylə sən bülbül sifət gülzarə, bismillah,Müradın olsa meyl etmək fəğanü zarə, bismillah,
ای ماه چه قبهای ز قدرت عیوقاقبال چو عاشق است دادت معشوق
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
ElərEy ağalar, məni neçin qmarsız?Eyləsə dərdimə bıı dərman elər.