Əla ey təxtigahi-mədələt sultanı, xoş gəldin!Xəyalım şəhrinin sərdari-zül-ehsanı, xoş gəldin!Səvadi-Misir xalın Yusifi-Kənanı, xoş gəldin!Gözüm, könlüm, əzizim, qəlbimin xaqanı, xoş gəldin!Münəvvər eylədin bu dideyi-giryanı, xoş gəldin!

Səni badi-səbamı, eylədi agah halımdan?Eşitdin yoxsa bir səs naleyi-bietidalımdan?Nə müddətdir xəyalın çıxmamışdır xud xəyalımdan,Fəğanım guşinə yetdi, xəbər verdi məlalımdan,Kim ərz etdi, gətirdin dərdimə dərmanı, xoş gəldin?

Şəha, lütfün füzun olsun ki, əltafi-ziyad etdin,Bu gün müştaqi-didarın olanı bərmürad etdin,Əzəldən ha unutmuşdun, nə yaxşı sonra yad etdin,Qədəm basdın səadətlə, bizi əlhəqq şad etdin.Şərəfli bürci-iqbalın məhi-tabanı, xoş gəldin!

Ləbi-abi-həyatın Vaqifə canpərvər istərdim,Skəndərdən də yüz qatla zülalın behtər istərdim,Nə zövqi-cənnətül-məva, nə abi-kövsər istərdim,Məqalından mükərrər tutilər tək şəkkər istərdim,Gözüm üstə qədəm basdın, məlahət kanı, xoş gəldin!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов