Dəryadə kəfü mövceyi-cuşan pərişan,Qə'rindəki əsdafi-dürəfşan pərişan.Səhradə axan seyli-xürüşan pərişan,Əflakdəki əncümi-rəxşan pərişan,Gülşəndə açan qönçeyi-xəndan pərişan,Eşqi-gül ilə şairi-mürğan pərişan.Ağzından uçan nəğməvü əlhan pərişan,

Şövqi-vətən ilə ürəyim qan, pərişan,Ol əhdşikən dilbəri-vicdan pərişan,

Zərrati-ləvame' ki, yağar cürmi-zəkadən,Bax, bax, şu səhaib ki, uçar ruyi-fəzadən,Şəbnəm ki, düşər qönçələrə çeşmi-səmadən,

Yaşlar ki, təqəttür edər ənzari-bükadən,Seyr eylə riyahi ki, əsər bağı-fənadən,Quşlar ki, qatar ilə gedər vəchi-həvadən,Naliş ediyorlar yədi-səyyadi-cəfadən,E'lani-qəm eylər həpsi zülmü bəladən,

Göydən eniyor təqreyi-baran pərişan,Yerdən göyə çıxmaqdadır əfğan pərişan.

Fərz eylə bir ormandasan, ey sahibi-im'an,Bülbüldə nəğəm, güldə qina, şəmsdə taban,Bir səmtdə qəhqəh vuruyor kəbki-xüraman,Bir nəfheyi-dilpərvər edir onları lərzan,Gül, bülbül, dil nəşveyi-əzvaqlə şadan,Birdən-birə bir əbri-siyəh oldu nümayan.

Qopdu o gözəl məşcərədə qəhrli tufan,Kəklik nerədə, gül nerədə, nerdə həzaran?Oldu demək artıq o gülüstan pərişan,Ol qəhqəhəzən kəbki-xuraman pərişan.

Al çeşminə bir məzrəeyi-feyznümayi,Sünbülləri bəxş etmədədir ruha səfayi,Gəlmiş biçilən vəqti, hülul eyləmiş ayi,Dehqan bu il əldə edəcək çoxlu qidayi,Ümmidlə imrar ediyor sübhü məsayi,Birdə-ikidə fırlatıyor işbu sədayi:Qoy bircə satım yaxşı fiətlə bu qidayi,Oğlum! Qızım! Allam sizə gül-güllü xarayi.

Ləzzətli əməllərlə bu tiflan pərişan;Əfkari-fiətlə dili-dehqan pərişan.

Bu rəncbərin iştə budur nöqteyi-rə'yi:Sən saydığını say, fələki gör ki, nə sayi!Birdən-birə bir əbri-siyəh tutdu həvayi,Rə'din səsi sarsıtmadadır ərzü səmayi,Şaşqın nəzəri seyr edir afati-qəzayi,Bədbəxt, zavallı açaraq dəsti-duayi,Yalvarmada, imdada çağırmaqda xudayi,Olsun ki, dua rədd edəcəkdir bu bəlayi,Heyhat ki, nuş etdi əkin cami-fənayi,

İştə əli qoynunda o dehqan pərişan,Gül-güllü xara gəlmədi, tiflan pərişan!

Hər kəs bir əməlçin çalışır ruzü ləyali,Gözlər kimi ümmid ilə əyyami-vüsali,Cəhd ilə edər bə'zisi təhsili-kəmali,İstər ola bilsin şərəfənduzi-məali,Bə'zi dilər ehraz qıla izzü cəlali,Ürfandən artıq biliyor bə'zi mənali,Tərcih ediyor bə'zisi ənvarə zilali,Bir firqə hüda anlamış, eyvah, zəlali,Bə'zi üzüyor mən kimi ümmani-xəyali,

Ol üzdüyüm ümmani-xürüşan pərişan,Könlüm kimi ol dilbəri-vicdan pərişan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе