Çıxdı yaşıl pərdədən, ərz eylədi rüxsar gül
Что такое касыда?
Касыда: торжественное длинное стихотворение — восхваление или наставление.
Çıxdı yaşıl pərdədən, ərz eylədi rüxsar gül,Sildi mir’ati-zəmiri-pakdən jəngar gül.
Cam dut saqi ki, gülbünlər gül izhar etdilər,Sən dəxi bir gülbüni-rə’nasən, et izhar gül.
Gəldi ol dəm kim, ola izhari-hikmət qılmağa,İnşirahi-sədr ilə sədri-səfi-əzhar gül.
Yetdi il mövsim ki, açmağa könüllər mülküni,Ola gülşəndə rəyahin xeylinə sərdar gül.
Adəm isən bağ seyrin eylə bu mövsimdə kim,Baği rəngü buy ilə qıldı behiştasar gül.
Çarsuyi-bağ seyranı bu gün mərğubdirKim, şükufə onda sərraf oldu vü əttar gül.
Çıxmış ikən bəzmi-gülşəndən yenə övd eyləyib,Cami-mey andırdı əhli-tövbəyə təkrar gül.
Həbsdən Yusif çıxıb sultanı-Misr olmuş kimi,Oldu, açıb qönçəsin arayişi-gülzar gül.
San Züleyxa xəlvətidir qönçeyi-dərbəstə kim,Çıxdı ondan daməni-çakilə Yusifvar gül.
Çak olub bulmuş səfa badi-səhərdən sanasan,Baddır Cibrilü qəlbi-Əhmədi-Muxtar gül.
Şəbnəmi-gülzari-rüxsari-rəsulüllahdır,Nəşri-ətrilə qılır hərdəm ona iş’ar gül.
Dürri-şəbnəm saçdı rəngin bərglərdən hər tərəf,Lə’li-xəndan etdi xublar kimi gövhərbar gül.
Surəti-halinə heyran eylədi aqilləri,Açdı irfan əhlinə gəncineyi-əsrar gül.
Səbzə üzrə gəzdirər badi-səba gül bərgini,Sanki səbzə asimandır, kövkəbi-səyyar gül.
Qıldı pünhan qönçənin lə’b ilə gözdən höqqəsin,Bulmaq olmaz hiç rəng ilə, zəhi əyyar gül!
Yüz çevirmiş xardən ayrılmaq istər bisəbəbMün’imi-nakəs kimi əslindən eylər ar gül.
Xari-qeyrət nola gər sancılsa gülbün bağrına,Ayrılıb ondan olur həmsöhbəti-əğyar gül.
Yeridir odlara yansa həsrət ilə xar kim,Ondan alır ziybü ziynət, qeyrə olur yar gül.
Bivəfalıq adətin tutmuş onunçündür bu kim,Ömrdən olmaz cahan bağında bərxurdar gül.
Qanğı bülbül qanı dutmuş bilməzəm kim, müttəsilGəh əsiri-xar olur, gəh mübtəlayi-nar gül.
Seyri-bağ etdim səhər, gördüm açıb məcmuəsin,Hifz edib bu mətləi eylərdi istehzar gül:
Aşiq olmuş hüsnünə, ey sərvi-xoşrəftar, gül,Çak-çak etmiş səninçün sineyi-əfgar gül.
Gül nə nisbətdir sənə, səndən ona yüz fərq var,Sən büti-pərdənişinsən, şahidi-bazar gül.
Öylə pünhan eyləmiş köksündə sirri-eşqiniKim, əyağından asarlar eyləməz iqrar gül.
Tutiyayi-çeşm üçün hər sübhdən yollar tutub,Xaki-dərgahın səbadən eylər istifsar gül.
Seyri-gülzar etdigin peyki-səbadan fəhm edib,Gənci-zər qılmış mühəyya, qılmağa iysar gül.
Bərgi-gül sanman ki, rəngin xiştlər cəm eyləmiş,Çəkməyə ol gənci-zər hifzinə bir divar gül.
Ta səriri-səbzəyi dəprətməyə təhriki-bad,Sayəsindən urdu hər lövhinə bir mismar gül.
Hər səhər gülzar lövhində çəkər yüz dairə,Qaliba minqari-bülbüldən alır pərgar gül.
Eyş üçün gəlşən şəbistanın münəvvər qılmağa,Hər ağacdan asdı bir qəndili-pürənvar gül.
Bunca qəndili füruzan eylədi, əmma nə sud,Dudi-dildən qıldı bülbül ruzigarın tar gül.
Dari-dünyayı fəzayi-cənnətə döndərdi, leykQönçə kimi bülbülə dünyayı qıldı dar gül.
Bir zəbani-haldır hər yaprağı fəhm etsələr,Pərdədari-xak olanlardan verir əxbar gül.
Bülbüli-zar etdiyi fəryadlər tə’siridir,Bisəbəb xabi-ədəmdən olmamış bidar gül.
Bağiban, sultani-adil dövrüdür, tənbih qıl,Urmasın gülzarə atəş, zülm edib zinhar gül!
Cövr əlilə qönçənin pirahənin çak etməsin,Cünbüşi-namö’tədildən qılsın istiğfar gül.
Yoxsa nagəh surəti-hali olur sultanə ərz,Qəhrə uğrar müqtəzayi-vəz’i-nahəmvar gül.
Ol güli-baği-xilafət kim, bəhari-dövlətiAləməfruz olalı görməz cəfayi-xar gül.
Oldu dövründə həva məhbusi-zindani-hübab,Qaliba görmüş həvadən şəmmeyi azar gül.
Bərgi-gül gəzdirməz oldu məhmili-badi-səba,Həddi yox kim, çəkdirə badi-səbayə bar gül.
Sərsəri-qəhri-cəhansuzindən agah olalı,Açmaz oldu busitani-fineyi-əşrar gül.
Xəlvəti-lütfünədir nuri-dili-mö’min çirağ,Gülşəni-qəhrinədir daği-dili-küffar gül.
Şahi-din Sultan Süleymani-səadətmənd kim,Kəsb edər xülqi-xoşundan nüzhəti-ətvar gül.
Başə salmış mehrini ruzi-əzəldən çərxi-pir,Öylə kim, gülrüxlər eylər ziynəti-dəstar gül.
İnqilabi-dövrdən bulmazdı hərgiz ixtilal,Alsa ondan hökmünə fərmani-istimrar gül.
Zövq bazarında bulmazdı bu rəng ilə rəvac,Etməsəydi nəqşi-möhrün sikkeyi-dinar gül.
Olmaq içün mütribi-bəzmi, dutub bir dairəÖgrənir hər sübh bülbüldən fəni-ədvar gül.
Mətbəxi-cudinə kim, dudinə sünbüldür qulam,Xarkəşlik sən’ətin tutmuş, degil bikar gül.
Qurtulur fəth etdigi kişvər bəlayi-fitnədənKim, açıldıqda tikəndən ayrılır naçar gül.
Şərh edib susənlərə övsafi-xülqün, gəzdirirQönçədən hər sübh açıb gülşəndə yüz tumar gül.
Qətreyi-şəbnəmmidir, ya əl açıb sail kimi,Xazini-lütfündən almış lö’löi-şəhvar gül?
Qoymayıb dövründə viran kargahi-gülbüni,Bir ayağ üzrə durub olmuş ona me’mar gül.
Ədli əyyamında şəbnəm sanmanız kim, bülbülünBeyzəsin qoynunda hifz etmiş olub qəmxar gül.
Daməni-pakiylə ol bəhcətfəzayi-mülkdür,Gər cahan bağında cənnət güllərindən var gül.
Vəz’i-aləmdən fələk məqsudi oldu kim, olurBəsləməkdən xari mənzuri-ülül-əbsar gül.
Qədrinə verməz xələl dünyayə qılmaq iltifat,Ziybü ziynət verdigiçün xarə olmaz xar gül.
Meyvə ol sultani-adildir nihali-dövlətə,Sabiqən gəlmiş səlatini-fələkmiqdar gül.
Nola gər sabiqlər oldisə fəna, oldur qərəz,Meyvə göstərdikdə tökmək rəsmdir əşcar gül.
Qıl, Füzuli, mədhin ol şahın ki, baği-mədhininBülbülü olurdu, bulsa qüdrəti-göftar gül.
Gərçi yoxdur e’tibarın, mədhin et izhar kim,Adəti-dövri-zəmandır xarə vermək bar gül.
Var ümidim necə kim rəsmi-mədari-dəhrdir,İldə bir gəz aləmə ərz eyləmək didar gül.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-cixdi-yasil-perdeden-erz-eyledi-ruxsar-gul
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Qaraçı qız sinəsini verib qabağaKirpiyindən, dodağından məhəbbət axır.
Müsəlsəl zülfdür çin-çin olub dilbər kənarındaMüsəlsəl zülfdür çin-çin olub dilbər kənarında,Və ya ənbər saçılmış yari-siminbər kənarında.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
DüşmüşəmEy gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,