Hacı Filan öz qızını şövhərə verdi,Yəni ki bizim türki dilicən ərə verdi.

Yaxşı-yamanın eyləməyib heç təfəhhüs,Əlhəqq o biçarəni sim-ü zərə verdi.

Öz nökərinə versə idi gər bu ayaqdan,Heç kimsə deməzdi ki qızı nökərə verdi.

Söylər tanıyanlar hamı əfsus o qızdan,Ahu-bərəni bir yekə nərə-xərə verdi.

Söyləyiblər qızı ver itə, amma iti ədat,Bu səhv eyləyib qoydu iti əntərə verdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов