Əskinas
Ey büt-i rənayi-zaman əskinas,Şahid-i zibayi-cahan əskinas,Cismlərə ruh-u rəvan əskinas,Vəzni yüngül, qədri giran əskinas,Rahət-i dil, bəhcət-i can əskinas,Lalə ruxü qönçə dəhan əskinas,Qasır-i binam-ü-nişan əskinas,Vəsfin eylər şərh-ü-bəyan əskinas.
Sən kimi bir gül yüzlü dilbər hanı,Şux-u güləndam səmənbər hanı,Səndə olan zinət-ü zivər hanı,Arif-ü huşyar qələndər hanı.
Nərm bədən, şux-u gül əndamsan,Surx rux-u səbz-ü siyah famsan,Məgər zənan fitnəyi-əyyamsan,Əhli-cahan içrə nikunamsan,Hökmi rəvan sahibi-əhkamsan,Cümlə könüllər quşuna damsan,Bizlərə yox, özgələrə ramsan,Gahi Nəriman, gəhi Samsan,Mərhəm-i hər dərdi-nihan əskinas.
Gahi yüzün surx, gəhi ağdır,Gahi təng, cüft, gəhi taqdır,Xal-u xəttin şöhrəyi-afaqdır,Hər kimə varsan, damağı çaqdır,Çoxlarının başı şişib qaqdır,Bu nicə surət, nicə əxlaqdır,Cümlə xəsislər sənə üşşaqdır,Hacı Nəsir vəslinə müştaqdır,Birdə filan oğlu filan əskinas.
Xal-u xəttin vəsfi bəsi tuldur,Hər vərəqin lü'lü-şəngüldür,Hacı Hacı ağa sənə quldur,Hər nə danışsa, sözü məqbuldur,Fail olub olar ki məf'uldur,Bu illət ilə çoxu məlüldür,Vəslini istər ol ki məsluldur,. . . . . . .Cümlə olur təb'i rəvan əskinas.
Bir-birinə vurdurdun ata-qardaşı,Çox adamın başına saldın daşı,Təb'i dəni süfələrin oynaşı,Qəhbə rəviş min lutinin yoldaşı,Nəqi Ufa eylədin sən göz yaşı,İndi olub Bakıda tacir başı,Bizlərdə yavan yedirtdin aşı,Səndən olub usta başı hər naşı,İndi yonar tir-ü kəman əskinas.
Bu mahru hər kimə iqbal edər,Rüstəm-i Dəstan pəsər-i Zal edər,Bir para bədxulqi xoş əhval edər,İstəsə bir dövləti pamal edər,Bülbül-i şirin sühəni lal edər,Yolçuları malik əmval edər,Tacəri bir ləhzədə həmmal edər,İstəsə hər karı bəhər hal edər,Gah çünin gah çünan əskinas.
Birin edər sahib-i lüb-i lübab,Gah birin xanəsin eylər xarab,Bir nəfərə lütflə etsə xitab,Əlli tərəfdən eşidər min cavab,Dəhrə salubdur nə əcəb inqilab,Yaxşı döyüb bir-birinə şeyx-ü şab,Şüşə çəkib çoxların eylər kabab,Kaş olaydı diri Hacı Turab,Görəydi eylər nə fəğan əskinas.
Kəh acı tox, gahi toxu ac edər,Fəqr odına sinəsin amac edər,Arifi naəkslərə möhtac edər,Müflisə sərmayə verüb hac edər,Çox hacının mülkünü tarac edər,Çox papağı kəllədə fifac edər,Bir para yərif dəhi nac edər,Sud verər gah ziyan əskinas.
Əhdinə varsan nicə badi-səba,Ya sənəm, cilvəgər-ü dilrüba,Xasiyyət-ü cövhərinə mərhəba,Eyləmisən çoxları zərrin qaba,Çoxları sən puç elədin çün vəba,Ağa Əli Əkbəri endin ağa,Bir gecədə yorğanı oldu əba,Bir gecə şalvarı tümən əskinas.
Bir deyiləm talib olan mən sənə,Açmamışam guşeyi-damən sənə,Talib olur mərdlə hər zən sənə,Yoxdu bizim əsrdə düşmən sənə,Pəst olur hər kimsə dura tən sənə,Gözlər olur baxanda rövşən sənə,Təbiyə olmuş nicə rövğən sənə,Mail olubdur gül-ü gülşən sənə,Lalə ruh-u qönçə dəhan əskinas,Ey büt-i zibayi-cahan əskinas.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sirvanli-molla-ismayil-qasir-eskinas
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hacı Filan öz qızını şövhərə verdi,Yəni ki bizim türki dilicən ərə verdi.
OdunÇıxdı yay, oldu payız, qış yetişər ləşkərilən,Çırpısız kimsə durub mən kimi əşk-i tərilən.
Mürəbbə: Sənə ey pədərəm bu iki sözüSənə ey pədərəm bu iki sözü,At başı göndərdim Ağa Muraddan.
Qara pulHəllal-i müşkilat-i cahan oldu qara pul,Edər iki dəqiqədə min dərdə çarə pul.
Стихи других поэтов
Bizim aramızda beş addımlıq yol,Gözdə qaş arası!
Qurbanın olum, getmə, Əli, bircə dayan, durQurbanın olum, getmə, Əli, bircə dayan, dur,Göz yaşıma bax, gör necə ardınca rəvandır.
GözəlimEy nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
Qamətin tək boy atıb sərv xuraman olmazQamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.