Keçib dağı-dərəni,Aşıb bəndi-bərəni,Kükrədi sel, daşdı sel,Daşdı tufan qoparsın,Kəndi yuyub aparsın.Bir möhtəşəm qayaylaQəfildən rastlaşdı sel.Vurdu, yıxa bilmədi,Aşa bilmədi onu.Bu qocaman sal qaya,Mətin qaya, lal qaya,Kəsdi selin yolunu.Hiddətindən qabarıbHücum çəkib gəldi sel,Qəlpə-qəlpə qoparıbSinəsini dəldi sel.Didildi, parçalandı,Yarıldı, haçalandı,Xeylu vuruşdu qaya,Tab gətirə bilməyibAxırda uçdu qaya.Uçdu dərəyə doğru,Dağ-daş əsdi bu səsdən.Selin yolu açıldı,Əl-qolu açıldı.Dedi: – “Kəndi bir andaYuyub apararam mən”.Axıb ildırım kimiCumdu evlərə sarı.Amma çata bilmədi,Kəsilmişdi yolları.O qaya ki, sel onuTəkləyib uçurmuşdu,İndi neçə qayaylaQarşısında durmuşdu.Durmuşdu hamısı daVerib çiyin-çiyinə,Sel neyləyər onlarınQranit birliyinə?Ha kükrədi, ha daşdı,Axırda köpü yatdı.Selin gücü tükəndi,Selin ağzı qapandı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов