Çinar kölgəsində durub son kərə,Ovcuna su alıb içdin bulaqdan.Hər gülü iylədin azı on kərə,Dağlara əlvida dedin uzaqdan.

Bənəviş inəyin qaymağıyla sən,Yedin iştah ilə sac çörəyini.Anan məhəbbətlə öpdü gözündən,Söylədi: – Xoş görüm gələcəyini.

Xəyalın kəndinə uçanda hərdən,Yaşıl tarlasını, düzünü gördün.Ağsaçlı ananın əlində kətmən,Bakıya dikilən gözünü gördün.

Axmadı alnından xəcalət təri,Qəlbində qalmadı arzun, muradın.İnamla qalxırsan sən pillələri,Bu gün bir tələbə çağrılır adın.

Bu yerə qəlbinlə dörd il bağlısan,Ömrünə nur səpir bu illər sənin!Demə ki, sadəcə bir kənd oğlusan,Şəhərin qoynunda yerin var sənin!

Heç vaxt baxmayırsan kəndə qıyqacı,Ruhundan getməmiş göy çəmən ətri;Kənd üçün göynəyir burnunun ucu,Yenə xoşdur sənə yasəmən ətri!..

Ucal, əməlinlə ucalsın Vətən,Sevinib şad olsun ana ürəyi!Kəndi böyütməkçin, böyütməlisən –Sən öz qəlbindəki eşqi, istəyi!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов