Gün çıxır, od tutub yanır üfüqlər,Dəniz də qızınır göyün odundan.Qızıl balıq kimi qızıl şəfəqlərÜzür ləpələrin göy qanadında.

Qızarmış oğlumun gül yanaqları,Bu gözəl səhnədən o göz çəkməyir.İstəyir yerisin sulara sarı,Ləpə iməkləyir, o iməkləyir.

Xurmayı saçını dağıdır külək,Qəlbinin inadı oxunur üzdən.Bir istək aparır, onu bir istək:Qızıl şəfəqləri alsın dənizdən.

Güclənir, hay salır bu an ləpələr,Qoparmaq istəyir o, duran yeri.Sahilə şir kimi cuman ləpələr,Sahildən quzu tək qayıdır geri.

Qıvrıla-qıvrıla cumur təzədən,Tumbul əllərində sıxılıb qalır.Elə bil yorulub mübarizədən,Sular ayağına yıxılıb qalır.

Meh yatır, dənizə al şəfəq düşür,Yüyürüb gəl deyir, o yenə gəlmir.Əl atır, ovcundan çıxıb sürüşür,Bu necə balıqdır əlinə gəlmir?..

Gözündə qorxudan yoxdur bir əsər,Qalxır, ləpələri qaldırsın deyə.Köksündə gəmilər oynadan Xəzər,Oyuncaq görünür dilsiz körpəyə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе