Bitərəf şair
Bitərəf – şeirlər yazıram dedi,Çiçəkli çəməndən, bülbüllü bağdan.Elə damla-damla sızıram dedi,Nə çıxar sel kimi coşub daşmaqdan.
Ancaq bilmədi ki, bu keşməkeşdəƏn böyük hünərdir şair doğulmaq.Bu gün hər sənətdə, bu gün hər işdəBişərəf olmaqdır, bitərəf olmaq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-biteref-sair
Клавиши ← → для перехода, R — случайное стихотворение