Dənizdir
Çocuqluqdan vuruldum, mənim sevgim dənizdir,Dəniz aydın, dəniz göy, dəniz göydən təmizdir.
Üfüqdən güzgü tutmuş, Günəş, Ay uldaz onda,Su onda, torpaq onda, səfa onda, duz onda.
O gah dalğın, gah odlu, o gah çılğın, gah üzgün,O gah gizlincə ağlar, o gah çağlar bütün gün.
Çağıldar ney, kaman, tar, qopuz, ud, saz dənizdən,Nə şairdir o şair ki, zövq almaz dənizdən?!
Sönər bağrında, göydən düşərsə ildırımlar,Çaxar şimşəklər, açmaz alovlardan şırımlar.
Dəniz min əjdahanı yenən bir əjdahadır,Ölümsüzdür, ölümsüz, ölümsüz bir dühadır.
O bir şair ki, şeri cəvahirdir, cəvahir,Alar şairlər ilham, nə şairdir o şair?!
Bu şairlər içində dəniz dastanlılar var,Dəniz ilhamlılar var, dəniz ünvanlılar var!
Nə şairdir o şair ki, ondan ilham almaz,Kim ondan ilham almaz, bu dünyadan kam almaz!
Umulmaz incilər var onun alt qatlarındaHəyat sevdası çağlar dəniz sovqatlarında.
Nə aləmdir o hikmət, nə hikmətdir o aləm,Təbiətdən böyük bir təbiətdir o aləm.
Dəniz bir kainatdır, dəniz əngin xəzinə,Dəniz sönməz, tükənməz, o ən zəngin xəzinə.
Nəhəng bir canlıdır, o, qocalmaz bir c[?]ndır,Zaman üstündən adlar, zamansız bir cahandır.
Onun sahillərində təlaş yox, ürkü yoxdur,Ömür vadilərində yasaq bir türkü yoxdur.
Onun köksündə çarpan misilsiz qovğalar var,Dəniz tufansız olmaz, dənizdə dalğalar var.
Dəniz insanlarındır, darılmaz onda heç kim,Çocuqluqdan dənizdir mənim sahilsiz eşqim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-denizdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İstanbulda bir çocuqla konuşdum,Elə bildim, Xəndanıma qovuşdum,
Azərbaycandan ayrıDünyanın üç qitəsində olmuşam,Afrikada, Avropada, Asyada,
Qaranlıq çəkilərkən üstünə yorğan kimiQaranlıq çəkilərkən üstünə yorğan kimi,Bir də baxdım dan yeri söküldü yarğan kimi.
İstanbulSəni görməkçin, inan ki, bir ömür yol gəldim,Yaşadım daima sevginlə, gözəl İstanbul!
Стихи других поэтов · О природе
Mən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,
XavərəAğzı xeyir sözlüm, incimə məndən,Yar yardan ayrılmaz, bülbül çəməndən.