Yeraltı sınaqlar birmi, ikimi,Mərmilər torpağın bağrını yarır.Dünya vahiməli bir uşaq kimiSəs-küydən usanıb dinclik axtarır.

Bu xəstə torpağa dərman gəzəndə,Bir arzu, bir istək umuram haqdan:Yer altda sınaq yox, bu yer üzündəMəhəbbət, sədaqət keçsin sınaqdan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине