Bakıda göyərçin yaman azalıb,Görəsən onlara kimdir qəsd edən?Qaralmış yuvalar sahibsiz qalıb,Quşlar da qaçırlar acı tüstüdən.

Təbiət yas tutur bu qovhaqova;Hüsnündən gözəllik, yaraşıq gedir.Bülbülsüz bir çəmən, quşsuz bir yuvaEvlərdə uşaqsız beşik kimidir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе