Dolana-dolana şütüyüb dağıBir yol təntiməyir polad köhlənim.Şığıyır enişdə qartalsağayı,Küləklər arxamca sürünür mənim.

Qalxır zirvələrə, çıxır dik yola,O süzür ox kimi duman içində.Babalar at çapan bir günlük yola,Maşınım yetişir bir an içində...

Kövşəndən düşmüşdü yolum bu səhər,Polad köhlənimdə gəzirdim kəndi.Baxdı məlul-məlul mənə bir kəhər,Alma gözlərində yaş gilələndi.

O, şahə qalxaraq durdu qarşımda,Sanki sahibindən aman istədi.Kişnədi, saçlarım əsdi başımda,Dərdindən dil açıb görün nə dedi:

“Ay məni unutmuş vəfasız insan,Haqqım gözlərindən söylə, itdimi?Hara şütüyürsən, hara çapırsan?Mən ki, tanımışam öz sahibimi.

Bir yol eşitmirsən, ha kişnəyirəm,Qapında dururam boynu bükülü.Nalsız ayağımı yerə döyürəm,Dürnağım eşdikcə yer də sökülür.

Mən ağzı cilovsuz, belə yəhərsizDağları, düzləri tək hərlənirəm.Görürəm xoş keçir günün kəhərsiz,Mən sənsiz dözməyib qəhərlənirəm.

Söylə, sözün nədir, ver qərarını,Gərək deyilməsə köçüm dünyadan.Baban Koroğlunun yadigarınıUcuzmu tutursan, yadmı sanırsan?”

O dedi, eşidib, duydum halını,Ahımdan titrəyib əsdi qayalar.Qucdum kilkə düşmüş ipək yalını,Dolmuş gözlərindən öpdüm o ki, var.

Dedim: – Ay kəhərim, sadiq sirdaşım,Demə yaxşılığın gözümdə heçdi.Sınaq günlərində neçə savaşımBu dağlar qoynunda səninlə keçdi.

Hər dağ bir dastandır, min il də susa,Bir gün dilə gəlib danışasıdır.Hər daş o dastanın bir varağısa,Sənin ayaq izin ilk misrasıdır.

Neçə yol yağıyla girdik döyüşə,Alaylar dağıtdın, cəbhələr gəzdin.Mən üz-üzə durdum, sən də döş-döşə,Mən göydə doğradım, sən yerdə əzdin.

Bəzən qanım çıxdı yəhər qaşına,Belində sallana-sallana qaldım.Sən məni apardın mənzil başına,Sən qana bələndin, mən də sağaldım.

Ay atım, könlümdə əzizdir yerin,Bu qoca dağlar da qədirbiləndi.Çəməndə nalından düşən ləpirinDövrəsi çiçəklə haşiyələndi.

Cıdırda mənzilə birinci çatdım,Anamın saçı tək öpdüm yalını.Bir ellər qızına mən qaş-göz atdım,Boynuna bağladı tirmə şalını.

Sən də o gözlərə dikdin gözünü,Yanında quzuya döndün o axşam.Zərif qız çiyninə sürtdün üzünü,Duydum öz eşqimdə yanılmamışam.

Ay atım, dəyişib həyatım indi,Demə dönük çıxdım əhdə, ilqara.Axı yalmanına ha yatım indi,Ha çapıl, sən hara, bu sürət hara?

Barış bu həyatın hökmüylə sən də,Nə qədər çətindir desən, halıyam.Sən məndən ayrılmaq istəməsən də,Ay atım, mən səndən ayrılmalıyam.

Meylindən nə keçir, nə keçir istə,Könül göy dağları pay verər sənə.Darıxıb kişnəsən nə vaxt yer üstə,Yer altdan Koroğlum hay verər sənə.

Ülək bir qızılquş, dilək qanadlı,Quşqonmaz zirvələr görməliyəm mən.Bu şimşək yerişli, külək qanadlıƏsrin öz atını sürməliyəm mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов