Azərbaycanım gəlir
Moskvanın qoynunaŞerim, dastanım gəlir.Hər telində bir nəğmə,Tarım, kamanım gəlir,Gəlir dostluq nəğməmiz,Alqışımız bir dəniz.Göy göl kimi pak, təmizSevgi ümmanım gəlir.Gəlir sözüm, söhbətim,Halal varım, nemətim.Alnıaçıq sənətim,Şöhrətim, şanım gəlir.Salon aşıb-daşanda,Ey müğənnim, coş onda.Bu sənət yarışındaSənə gümanım gəlir.Xəzər, sinəsi gümüş,Hər dalğa səsi gülüş,Ağ çiçəyə bürünmüşMilim, Muğanım gəlir.Gəlir uca dağlarım,Nəğməkar bulaqlarım.Ən bəxtiyar çağlarım,Ən xoş dövranım gəlir.Düzülüb sağa, sola,Nurlar çiləyib yola,Çinarlarla qol-qolaBuruq karvanım gəlir.Dönür ürəyim dağa,Qanad verin uçmağa.Mərd xalqımı qucmağaQızıl meydanım gəlir.Ağ gün düşüb baxtıma,Qalxım şöhrət taxtıma.Müqəddəs paytaxtımaAzərbaycanım gəlir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-azerbaycanim-gelir
Клавиши ← → для перехода, R — случайное стихотворение