Ey gənclik, hazırla zəfər çantanı,Yolçu yolda gərək demiş babalar.Odlu ürəyinin qaynasın qanı,Bu gün təbiətə yenə hücum var.

Olsun sıraların dəmir tək mətinYürüşə sən polad addımlarla get.Səs ver partiyanın çağırışına sən,Onun hər əməli bir yüksəlişdir.Kükrəyən çay kimi kükrəsin sinən,Bu gediş müqəddəs, böyük gedişdir.

Bozdağın döşündən yol çəkən əllər,Bugün Uzaq Şərqə köməyə çatsın.Səhralar qoynunda gül əkən əllər,Yüz-yüz zavod tiksin, şəhər yaratsın.Daha gözəlləşsin anamız Vətən...

Ürəyində apar elin səsini,Dalğalı Xəzərin kükrəməsini,Yeni Sumqayıtın od kürəsini,O yerə özündə apar, qardaşım!

Apar Daşkəsəni quran əlini,Gur çaylara kəmənd vuran əlini.Bizim köhlən Kürü yoran əlini,Sibirə özünlə apar, qardaşım!

Ucalt xalqımızın şöhrətini sən,Bilinsin gəncliyin ən mətinisən.Bakı neftçisinin qüdrətini sən,Bükülməz dizində apar, qardaşım!

Ora işıqların gur çeşməsini,İliç lampasının nur çeşməsini.Bizim Mingəçevirin nur çeşməsini,Alışan gözündə apar, qardaşım!

İmtahan etməmiş ellər az səni,Kim qəhrəman kimi tanımaz səni?Bilirəm qorxutmaz nə ayaz səni,Nə boran, qardaşım, nə qar, qardaşım!

Partiya arxanda durmuş dağ kimi,Müzəffər, yenilməz bir bayraq kimi,O sənin yolunda bir mayaq kimi,Həmişə nur olub yanar, qardaşım!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине