Toy günü
Əmim İslamın sevimli nəvəsiSonanın toy gününə həsr edirəm
Üzüklü barmağın, xınalı əlin,Qızım, ilk bəzəyin, ziynətin olsun!Bu gün nişanlısan, sabah bir gəlin,Bir gün də analıq qismətin olsun!
Babanın ürəyi dönübdür dağa,Nənən süfrə açıb gələn qonağa,Anan sənə baxır, atan uzağa,Onlara bənzəmək niyyətin olsun!
Sən də bir yadigarsan bizə dünəndən,Adın miras qalıb ulu nənəndən.Biz onun ətrini alırıq səndən,Bu ada ömürlük hörmətin olsun!
Çağırın, göllərdən uçub birbaşa,Sonalar Sonama etsin tamaşa.Bu gün dostlar dönüb qohum-qardaşa,Bu birlik poladdan qoy mətin olsun!
Uyma, qiymətinə qızılın, zərin,Başının tacıdır öz böyüklərin.Nəslinin kökü var dərindən-dərin,Bu sənin tükənməz sərvətin olsun!
Barışıb ulduzu gəlinlə-bəyin,İstəyi bir olsun iki ürəyin.O evdə can deyib, can eşitməyin,Ay qızım şəkərin-şərbətin olsun!
Xeyir-duamızı özünlə apar,Sənə bu Tofiqin bir arzusu var.Ən böyük bəxşişin vəfa, etibar,Cehizin öz həyan, ismətin olsun!
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-toy-gunu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Adam var şan-şöhrət qonaqlığında,Elə məst olur ki, ayılmır qəti.
Heykəl qarşısındaZəmanə şahları endirib taxtdan,Şeri qartal tək qaldırıb göyə.
Xəyal və həqiqətBir vaxt xəyalında yuxu tək şirinBir aləm yaradıb “İqbalnamə”də.
Sənətin məcnunuİlahi eşq ilə alışıb yandın,Qəlbin öz odundan gileyli oldu.
Стихи других поэтов
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
AğlaramEy cavanım, sən yadıma düşəndə,Gözlərimdən qan yaş tökib ağlaram,
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,