– Salam, şair qardaş, gəlmisən yenə?Hazırıq başına dönüb-dolanaq.– Ay həkim, hər dərdim tanışdır sənə,Mən burda sakinəm, evimdə qonaq.

Diabet dörd əlli tutub əlimdən,Mən çəkən bu dərdi fil çəkə bilməz,O qədər azara sadiqəm ki, mən,Ölüncə o məndən əl çəkə bilməz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов