Yavaş-yavaş aralanır məxmər pərdələr,Çil-çıraqlar ağ salona səpir nurunu...Nə bu bina operadır, nə bu yer şəhər,Uzaq bir kənd səhnəsində görürəm bunu.

Klub təzə açılmışdır, bu axşamçağıToy libası geyinmişdir kənd başdan-başa.

Gələnlərin gülür gözü, gülür dodağı,Qızğın keçir, şirin keçir bu ilk tamaşa.

Sevil yerə yıxılaraq getmiş özündən,Dilbər xanım şaqqıldayır, gülür o ki, var,Sıralardan hıçqırıqlar eşidirəm mən.Balaşı da lənətləyir salondakılar...

“Oyan, Sevil, qalx ayağa” qışqırır Gülüş,“Qalx ayağa”, pıçıldaşır yerdəkilər də.Sevil durur gözü odlu, sədası müdhiş,O yeriyir qorxa-qorxa, baxır Dilbər də.

Sevil dərin baxışlarla süzür ərini,– Al! – deyərək o bir örpək atır başından...Çadra deyil. Birdən heyrət bürüyür məni,Pərdə enir, silkələnir alqışdan hər yan.

Axı, belə yazmamışdır böyük sənətkar,Niyə Sevil kəlağayı örtmüş başına?Axı, belə yazmamışdır böyük sənətkar,Niyə Sevil kəlağayı örtmüş başına?Axı, onun zülmət rəngli bir çadrası var,Gərək burda o çadrayla möhkəm yaşına.

Rejissorun qulağına pıçıldayıram,O, qımışıb yavaş-yavaş qalxır, səhnəyə,Bu pərdəni ona böyük günah sayıram.Düşünürəm, durubdur ki, üzr istəməyə...

O, saçını əllərilə darayıb geri,Gülə-gülə, – qulaq asın, – deyir, salona,Qonağımız nöqsan tutub bizə bir yeri,İstəyirəm cavab verəm indi mən ona.

Düzü, qardaş, biz “Sevil”i hazırlayandaƏlək-vələk eyləyərək axtardıq kəndi,Çox qarıya yalvardıq ki, varsa hayanda,Bizə bircə çadra tapsın, yoxumdur, dedi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов