Azərbaycan deyəndə
Vətən mənim bu günüm,Sabahkı toy-düyünüm.Haqqım var ki, öyünümAzərbaycan deyəndə!Ürəklərdə döyünümAzərbaycan deyəndə!
Hər ölkəyə, hər eləOlsun hörmət deyirəm.Vətənimdir Vətənimİlk məhəbbət deyirəm.Onun şöhrət tacıdırŞeir-sənət deyirəm.Mən Vətənə Füzuli,Abbas Səhhət deyirəm.Mən Vətənə SabiriDoğan qeyrət deyirəm.Mən Vətənə Üzeyir,Müşfiq, Səməd deyirəm,Günəş kimi müqəddəsBir həqiqət deyirəmAzərbaycan deyəndə!Dünya məni dinləsin:– Diqqət! Diqqət! –deyirəm!Azərbaycan deyəndə!Azərbaycan deyəndə!Ləpələr şairləşir.Anaların bətnindəQara gözlü körpələrPələngləşir, şirləşir.Azərbaycan deyəndə!Müdrik qocalar kimiDağlar da fikirləşir.Azərbaycan deyəndə!Haralısan? – SualıVerənlərə ar olur.
Qeyrətlilər birləşir,Qeyrətsizlər xar olurAzərbaycan deyəndə!
Dostdan sovqat, muştuluq,Düşməndən bac alaramAzərbaycan deyəndə!İşıq sütunu kimiSabaha ucalıramAzərbaycan deyəndə!Körpüləri, sədləriSinəmlə parçalaram.Sərhəd məftillərindəBu kobud əllərimlə,Bir muğamat çalaramAzərbaycan deyəndə!
Azərbaycan! – Bu nidaQayaları silkələr.Sal daşların köksündəÇiçək bitər, gül gələr.Azərbaycan deyəndə!Təbim coşar, sel gələr.Sanma, şöhrət pərdəsiÜrəyimi kölgələrAzərbaycan deyəndə!Gözümdə doğmalaşarBütün xalqlar, ölkələrAzərbaycan deyəndə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-azerbaycan-deyende
Клавиши ← → для перехода, R — случайное стихотворение