Atanın arzusu
Qəşəngdir oğlumun xurmayı saçı,Qaşları qaradır, gözləri qonur.Məni görən kimi o, qanad açır,Bala göyərçintək sinəmə qonur.
Deyirlər, oğlumu çox sevdiyimdənBatır sol yanağı gülümsəyəndə.Qoy olsun, bu sözü bildiyim gündənElə həmin yeri öpürəm mən də.
Deyirəm, basdıqca onu bağrıma:O, mənim canımla bir can deyilmi?Mənim hər dərdimə, ürək ağrımaOnun gül nəfəsi dərman deyilmi?
Əzizdir hamının mənə körpəsi,Gözümün işığı özümünküdür.Elə ki, eşitdim ağlamaq səsi,Deyirəm ağlayan özümünküdür.
Onda süd qoxusu, gül nəfəsi var,Səadət diləyir bütün varlığa.Bu yer kürəsində körpə balalarBalamtək çıxaydı bəxtiyarlığa.
Hər vaxt diləyirəm o gözəl çağı;Gözlərdə nə qüssə, nə qəm olaydı.Bütün körpələrin sığınacağıDeyirəm kaş mənim sinəm olaydı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-atanin-arzusu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ədəbiyyat nəsib deyil hər sənətkara,Hər keçənin evi dönüb muzey olmayır.
Cavanlar... cavanlar...Ay mənə süd verən ağbirçək ana,Ay mənə dərs deyən əziz müəllim.
Səttar möcüzəsiŞəninə hər yerdə tərif, söz olub,Rəqibin az olub desəm düz olmaz.
Dənizdən gəlirəm...Elə ki, sahilə yanaşır gəmi,Görüş həsrətilə ürəklər əsir.
Стихи других поэтов
Şəninə dastan yazıram,Ay qoşa duran, bəri bax!
Gözləyən kimsə gözüm, həqqi deməz ay sənəО, свет очей моих, правдивый — не назовет тебя луной!Ее красу несправедливо сравнить с единственной, с одной!
Viran olu könlüm evi viranə görəndəViran olu könlüm evi viranə görəndə,Viranə virantər olu viranə görəndə.
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi