Biz əzəldən ta əbəd meydanə gəlmişlərdənüz,Şahi-mərdan eşqinə, mərdanə gəlmişlərdənüz.

Yazmağa həqdən kəlamüllahi-natiq şərhini,Kim bəyani-elm ilən Quranə gəlmişlərdənüz.

Kainati-surəti-Rəhmani təfsir etməyə,Ruhi-qüdsi surəti-Rəhmanə gəlmişlərdənüz,

Bir müənbər türrənin küfrinə "amənna" döyüb,Həqqə təslim olmuşuz, imanə gəlmişlərdənüz.

Saqiyi-baqi əlində məst olub içməkdəyüz,Nərgisi-məstin kimi məstanə gəlmişlərdənüz.

Qeybi-mütləqdən təmaşayi-rüxi, ziba üçün,Bu şəhadət mülkinə seyranə gəlmişlərdənüz.

Макта — последний бейт с тахаллусом поэта. Ey Xətai, eydi-əkbərdir, cəmali dilbərin,Biz bu eydi-əkbərə qurbanə gəlmişlərdənüz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви