Nəzər eylə
Aqil, gəl bəri, gəl bəri,Gir könülə nəzər eylə.Görür göz, eşidir qulaq,Söylər dilə nəzər eylə.
Başdır gövdəyi götürən,Ayaq mənzilə yetirən,Dürlü məsləhət bitirənİki ələ nəzər eylə.
Sufi isən, alıb satma,Halalına haram qatma,Yolun əyrisinə getmə,Doğru yola nəzər eylə.
İki əlin qızıl qanda,Çox günahlar vardır məndə,Ya ilahi, kərəm səndə,Düşgün qula nəzər eylə.
Xətayi aydır: – Ya ğəni,Verən mövla alır canı,Əvvəl kəndi-kəndin tanı,Sonra elə nəzər eylə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xetai-nezer-eyle
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu sürahi, filməsəl, bir dilbəri canan durur,Rahi-ruhəfza anın içində nazik can durur.
Bu şahi-pürkərəm, sahibnəzərdirBu şahi-pürkərəm, sahibnəzərdir,Vilayətdir, yəqin nuri-bəsərdir.
Bu tübşi kim, yeri dər, ziri-padırBu tübşi kim, yeri dər, ziri-padır.Fələklər çərxi anın rəhnümadır.
Bürpərəst oldu könül, bütxanələr küncündədirBütpərəst oldu könül, bütxanələr küncündədir,Mən bilürmən bu dili-şeyda nələr küncündədir.
Стихи других поэтов
Sənin fərşin ki, zahid, buriyadır,Həqiqət mənzilində bu riyadır
Ədəbiyyat (20-ci nömrədə "Cinani"yə cavab)Çox eybculuq etmə, məndən senə vəsiyyət,Sanma ki millətində bilmərrə yoxdu qeyrət.
Molla Cümənin qərib aşıqla görüşüAdı dillər əzbəri olan qərib diyarlı bir aşıq deyirdi ki, mən özmahalımda, Aşıq Molla Cuma da Şəki mahalında, iki qoçun başı
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,