Molla Cümənin qərib aşıqla görüşü
Adı dillər əzbəri olan qərib diyarlı bir aşıq deyirdi ki, mən özmahalımda, Aşıq Molla Cuma da Şəki mahalında, iki qoçun başıbir qazanda qaynamaz. Gərək biz ayırd eliyək, ya o məni bağlasın,ya mən onu. Belə olanda qərib aşığa deyirlər ki, sən o kişi ilə bacarmazsan,o kişi dörd dili bilir, sən isə az savadlı adamsan. Deyiryox, mən də çox söz bilirəm. Qərib aşıq iki şagirdini də götürübsorağa-sorağ, sorağa-soroğ gəlib çıxır Baş Layisqiyə. Molla Cumababanın öyünə çatanda görür həmin qapıdı. Buna yaxşı qulluqeliyir, xidmətində dururlar. Lakin o, qarşısında dayanmış MollaCumanı tanımır. Qərib aşıq qayıdır ki, bəs biz Molla Cumanı görmədik.Bunu eşidən Molla Cuma sazı sinəsinə sıxaraq deyir:
Tanı, mənəm,Bil, mənəm,Gör, mənəm,Eşit, mənəm,Dil, mənəm.
Qərib aşıq deyir ki, nə dediyini anlamadım. Molla Cuma qayıdırki, bunu başa düşməyə nə var ki, tanı, mənəm, gör, mənəm,bil, mənəm, eşit, mənəm, dil, mənəm - Molla Cuma mənəm. Deyironda çöp tutaq, görax kimə uzunu düşür, kimə qısası. Gödək çöpkimə düşsə deyişməni o başlayacaq. Uzun çöp düşür qərib aşığa,gödək çöp Molla Cuma babaya. Molla Cuma baba sazı sinəsinəalaraq bir zəncirləmə söyləyir:
Aşıqlıq Adəmdən icad olubduOl Adəm atanın nəvəsiyəm mənNəçi bu dünyaya aşıq gəlibsə,Külli aşıqların anasıyam mən.
Aşıqlar anasıyam, şairlər kökü,Gəzirəm dünyanı divanə təkiMahalım Göynükdür, şəhərim Şəki,Layisqi kəndinin binasıyam mən.
Binəm Layisqiyə düşübdür mehman,Pədərim Salehdir, madərim Reyhan,Vələdim Həsəndir, əxim Süleyman,Familim Molla Oruc, əbnasıyam mən.
Təbibsiz dərdlərin dəvasıyam mənƏbnayam, kəntərəm, hər dərdə dərmanNəbim Mühəmmətdi, əhdi QuranamMömün qardaşların aşnasıyam mən.
Mollada mollayam, Molla Cumayamİsmi Pünhan ilə sülh pərvanıyam,Gəlmişəm dünyaya bir gün fənayamAxır Kərəm kimi yanasıyam mən.
Aşnayam, gedərəm doğru yolunan,Bülbüləm söhbətim olar gülünəm,Danışsalar yetmiş iki dilinəm,Ol qədər arifəm, qanasıyam mən.
Oxuram, ustaddan almışam dərsi,Oxumuşam ərəb, türkinən farsı,Fikrim seyr eliyir əkirən kürsü,Dərin kitabların mənasıyam mən.
Qərib aşıq deyişməyə girişmir. Deyir, ustad, mən səni görməyəgəlmişdim, izin ver, qayıdım öz yurduma. Halallaşıb ayrılıllar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/molla-cume-molla-cumenin-qerib-asiqla-gorusu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Bala deyə mənSənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,
Xoşa onlar ki, canan bəzmində məhrəmləri bardurXoşa onlar ki, canan bəzmində məhrəmləri bardur,Mənimdik bikəs ərbablar, yavuq həmdəmləri bardur.