Molla Cuma baba bir gün Qıpçağa gəlir, lakin onu bu kənddətanımırlar. Qışın oğlan çağı idi, hər yerə qar yağmış, buz bağlamışdı.Bunun da bir arıx atı olur. Molla Cuma babanı çəkirlər istievə, atı isə soyuqda həyətdəki tut ağacına bağlı halda, baxımsızqalır. Aşıq görür ki, əgər at bu vəziyyətdə səhərədək çöldə, ayazdaqalsa, aclıq və soyuqdan öləcək, özü isə atsız, piyada qalacaq.Molla Cuma baba evdəkilərdən soruşdu ki, sizə saz çalım, yoxsaQur”andan, şəriətdən oxuyum. Cavabında ev yiyəsi qayıtdı ki,qurban olum Qurana, insana öləndə lazımdı yasin oxumaq, bizəsaz çalın, ürəyimiz darıxır. Bu arada ev sahibəsi elə hey deyinir vəMolla Cumaya deyirdi ki, atı tövləyə bağlamayın, qoyun-quzunu,dana-buzovu vurar. Arvad atı tövləyə qoymaq istəmirdi. MollaCuma baba da fikirləşdi ki, əgər sazı əlimə alsam bu arvada eləhəcv qoşacağam ki, atı öz əli ilə aparıb qoyacaq tövlədə arpanınüstünə.Görək aşıq sazı əlinə alaraq nə deyir.

MüxəmməsBir müsafir sənə qonaq gələndə,Əvvəl əldən onun atına baxın.Tutun noxtasından çəkin tövləyə,Arpadan, samandan, otuna baxın.

Müsafiri xanasına yetirin,Əldən-ələ, dildən-dilə götürün.Ya üzbəüz, ya düzbədüz oturun,Aşından, ətindən, çayına baxın.

Molla Cümə sizə qonaq gələndə,At üstündə buz deyiban qalanda,Ürək sevib bir arvadı alanda,Axtarıban onun zatına baxın.

Arvad başa düşür ki, Molla Cuma bu sözləri ona deyir. Cəldçölə çıxaraq atı tövləyə salıb, arpanın, otun üstünə qoyur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов