Molla Cuma nədənsə Molla Surxayın ondan inciməsini hiss edir vəməsələni aydınlaşdırmaq məqsədilə dostunun evinə yollanır. Qapınındalından “ay Molla Surxay, ay Molla Surxay” deyə çağırsada balta ilə odun doğrayan Molla Surxay aşığı səsindən tanısa dabuna əhəmiyyət vermir. Molla Cumanı səsindən tanıyan MollaSurxayın arvadı ərinə deyir ki, bu gələn Molla Cumadır, çıx qabağına,yoxsa o sazını çıxarıb sənə həcv qoşar, yaxşı olmaz, Mollaməktəbində bir yerdə oxumusunuz, ərəb-farsı öyrənmisiniz, neçəillərin dostusunuz, gör nə deyir. Sən demə, Molla Surxayın hüzürüdüşüb və o elə bilib ki, Molla Cuma bunu bildiyi halda başsağlığınagəlməyib. Bu səbəbdən də aşıqdan inciyib. Əslində isə MollaCumanın bu hüzrdən xəbəri olmamışdır. Molla Surxayın onu soyuqqarşıladığını görən aşıq sazını çıxararaq bu müşairəni deyir:

DünyadıSalam olsun sənə, ey molla Surxay,Bel bağlama, ha bu, yalan dünyadı.Qulpun tutub çox eyləmə haqqı-say,Qabağı gül, dalı solan dünyadı.

Əbdürrəhmandan hanı edən xoş səfa,Şamxal bəyi tək eylədi bivəfa,Hanı Rüstəm, hanı molla Mustafa,Kim qalıbdır, kimə qalan dünyadı.

Çox yoxsulu qalxızıban bay eylər,Çoxlarını dağıdıban zay eylər,Çoxlarının göz yaşını çay eylər,Çoxlarına talan salan dünyadı.

Çoxlarına gül-bənövşə iynədir,Çoxlarını gecə-gündüz göynədir,Çoxlarını dırnaq üstə oynadır,Çoxlarına təmbur çalan dünyadı.

Mən Cumanın hal-əhvalın bilmədim,Dostluğuna yoxsa layiq görmədin,Hər an sorram, bir haysa da vermədin,Belə olmaz, ölüm olan dünyadı.

Molla Surxay baltanı yerə qoyaraq gəlib Molla Cuma ilə səmimigörüşüb onu evinə aparır, başına gəlmiş qəzəvü-qədərdənsöz açır, aşıq isə bu hadisələrdən xəbərsiz olduğunu bildirir, üzrxahlıqedir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов