Dilbəra, mehrin əzəldən sidqilə canımda var
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Dilbəra, mehrin əzəldən sidqilə canımda var,Ondan özgə kimsə yoxdur, həm bilür pərvərdigar.
Bu fəna darində əhli-zövqilən qılgil səfa,Mülkü malü təxtü cah olmaz cahanda payidar.
Sayeyi-qəddində gərçi yer yüzü buldu şərəf,Sayibani-rüfətindən nöh fələk dutmuş qərar.
Gəlməmişdir sən təki aləmdə, ey sultani-hüsn,Sahibi-fəzlü kəmalü izzəti-baiftixar.
Arif isən qoymagil əldən həqiqət mənzilin,Aqil isən dünyəyi-ğəddarə vermə ixtiyar.
Макта — последний бейт с тахаллусом поэта. Nəzmi-əşarın Xətai, hər biri dürdanədir,Söyləgil ta şahların guşində olsun guşivar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xetai-dilbera-mehrin-ezelden-sidqile-canimda-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dilbəra, dərdimə dərman səndən özgə kimsə yox,Həm dəxi könlümdə iman səndən özgə kimsə yox.
Dilbəra, dildə sənin mehri-rüxün can kimidirDilbəra, dildə sənin mehri-rüxün can kimidir,Şərbəti-ləli-ləbin dərdimə dərman kimidir.
Dilbəra, eşqi-rüxün daim bu can üstündədirDilbəra, eşqi-rüxün daim bu can üstündədir,Bir gülə nisbətdir ol kim, gülsitan üstündədir.
Dilbəra, eşqin sənin cismimdə canım canıdırDilbəra, eşqin sənin cismimdə canım canıdır,Vəsli rüxsarin xəyali könlümün mehmanıdır.