Sirr sözü
Məni gizli imtahana çəkirsən,lazımdımı açıq deyim hər sözü?Qulağına pıçıldasam yaxşıdı,qəlbinlə duy, gözünlə də gör sözü.
Demə nədir səsimdəki bu təlaş,arxada yaş, ortada yaş, öndə yaş.Üç söz deyim, üç tilsimdi, özün aç:Çaylı sözü, Poylu sözü, Kür sözü.
Sərv olaydın, budağını əyəydim,külək olub qapınızı döyəydim.Sözarası mən sənə can deyəydim,sözgəlişi sən də mənə: yar, – sözü.
Nə deyibsən, Tanrı sənə veribdi,baxışların, yerişlərin zərifdi.Sevən adam el içində qəribdi,necə desin qərib sənə sirr sözü?
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-sirr-sozu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Gülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Söylə hardasanƏcayib sevdaya düşdüm, allahım,Ölürəm, ilqarım söylə, hardasan?
Füzulinin bir qəzəlini tərbiDərdə düşdüm əsərindən sitəmi-hicranın,Çarədən ötrü dolaşdım nərəsin dünyanın.
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,