İkinci addım
Hər şey zarafatdan başladı bir vaxt,Hər şey bu dünyada başqaydı bir vaxt.
Həyatda ikinci addım atırsan,yeri ehtiyatla, get ehtiyatla.Zarafat eləmə sən bu həyatla,yolu cüt gəlmişdin, tək qayıdırsan.
Kömək istəyirsən darıxıb hərdən,günahkar bəlkə də ancaq mən oldum.Təsəlli verən də mənəm, sənə mən,səni çaşdıran da bir vaxt mən oldum.
Düşmənəm həyatda təsəlliyə mən,getmir təsəllinin vurduğu yara.“Sənsiz yaşamaram” – deyə-deyə mən,sənlə də yaşadım,sənsiz də sonra.
Daha özünündü xeyirin, şərin,yadında bir sözüm qalacaqdımı, –gedirsən, ikinci addımın sənin,birinci taleyin olacaqdımı?..
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-ikinci-addim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yoxdu bir kəsdə ki, sücud ilə cud,Yaxşıdır ki, ədəm ola o vücud.
Gəraylı: Ala gözlü nazlı dilbərAla gözlü nazlı dilbər,Vaxtın keçər demədimmi,
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur