Mənim sənə sədaqətim təmizdi,sən də mənə etibarı itirmə.Mənmi səni, sənmi məni tapıbsan?tapdığını saxla barı, itirmə.

Rəfiqələr sirrimizi yayıbdı,Gələn olar, görən olar, ayıbdı.Sən ağlama, göz yaşların hayıfdı,sinəmə tök, o yaşları, itirmə.

Əzab çəkmə, ufuldanma bir belə,yaxın əyləş, sığal çəkim o telə.Sevirsənsə, sevdiyinə rəhm elə,oxşadığın ağ saçları itirmə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви