Yadına düşəcəyəm
Deyirdin ki, birtəhərunudaram mən səni.Unut, birtəhər unut,bacarsan əgər, unut.
Mən səni hər görəndədağ çiçəyim, deyərdim.Çiçək görsən harda sən,əldə, ya bazarda sənyadına düşəcəyəm.
Yerdə maşın şütüyüb,göydə ulduz axacaq.Görüşdən qayıdanlarqabağına çıxacaq,yadına düşəcəyəm.
Başını darayandabarmaqların əsəcək.Daramaq istəmişəmo saçları sənin tək, –yadına düşəcəyəm.
Axşamlar yenə çıxıbduracaqsan yolda tək.Səni kim gözləyəcək,səni kim ötürəcək? –Yadına düşəcəyəm.
Getsən bir yas yerinəqara geyinib əgər,ölənin sevgisindən,eşqindən deyəcəklər.Yadından çıxanda da,yadına düşəcəyəm.
Deyirdin ki, birtəhərunudaram mən səni.Unut, birtəhər unut,bacarsan əgər, unut...
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-yadina-duseceyem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
ای ماه وفا پیشه و ای شاه دل افروز
HavalanıbdıLaçın bərəsindən, şikar evindən,Bir tülək tərlanım havalanıbdı.
آن رخ رخشان و زلف عنبر افشانش نگرو آن لب و دندان چون لؤلؤ و مرجانش نگر
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,