Uşağı danlama onun səsindən,qoy sevinc yayılsın bütün aləmə.Sizin etikalar çərçivəsindəno çıxmaq istəyir,məcbur eləmə!

Danlaqla qalxmayıb heç kəs, a qardaş,gözdən salınıbdı, əksinə, insan.Hələ görməmişəm kölə adamdan,bir qəhrəman çıxa, ya bir vətəndaş.

Qaçmaq istəyirsə, sən imkan yarat,qaçmaq arzusuna insan qovuşsun,uçmaq istəyirsə, köməyinə çat,qırma qanadını, səma ver uçsun.

Yıxılıb əzilsə, qorxma sən ondanbərkisin, sınaqdır hər yeni sahil.Danlaya-danlaya böyütmə, dayan,Bu, qul böyütməkdi, tərbiyə deyil.

Ucadan güləndə kəsmə arada,ən qızğın dəmidir bəlkə oyunun.Sənin baş əydiyin başsızlara da,dəymə, hökm eləyən vaxtıdır onun.

Baxıb öz yaşıdı ona əl çalır,nələr, amma nələr öndədir hələ.Birinci zərbəni o səndən alır,sonuncu zərbələr öndədir hələ.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов