Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır (Ayrılır qəzəli)
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır,Uçdu ruhim, getdi əqlim, gövdədən can ayrılır.
Ayrılır ol yari-sərdarım, gedir, qoymuş məni,Səd həzaran dadü-bidad, bədəndən can ayrılır.
Ey könül, fəryadü-nalə vaxtıdır, eylə fəğan,Şimdi şəhrindən sənin ol şahi-sultan ayrılır.
Zar qıl bülbül kimi, çak et yaxanı gül kimi,Şol əzəldən yari-həmdəm, əhdü-peyman ayrılır.
Gözlərim, hər dəmdə mövc eylə ki, firqətdir bu gün,Tök sədəflər dürri kim, şol gövhəri-kan ayrılır.
Dust vida eylər mənimlən ağlaram mən zar-zar,Gözlərimdən hər zaman gör Bəhri-Ümman ayrılır.
Макта — последний бейт с тахаллусом поэта. Ey Xətai, Tanrı sorsun bu şikəstə könlümü,Zərd olubdur arizin, candan məgər qan ayrılır?
Kitabxana.az · https://kitabxana.az/ru/works/xetai-ey-muselmanlar-bu-gun-ol-yari-punhan-ayrilir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bütpərəst oldu könül, bütxanələr küncündədir,Mən bilürmən bu dili-şeyda nələr küncündədir.
Cahanda aşiqin çox adı vardırCahanda aşiqin çox adı vardır,Ki, hər birisinin bir dadı vardır.
Cana, könüldə həmdəm olan qəm durur manaCana, könüldə həmdəm olan qəm durur mana,Gör kim, fəraq evində nə həmdəm durur mana.
Cana, ğəmində gözlərimə su gəlür, gedərCana, ğəmində gözlərimə su gəlür, gedər,Seyl oldu, daşdı, şimdi bəhər su gəlür, gedər.
Стихи других поэтов · О природе
Ey kamalı kamil olan ariflər,Dünyaya nə qədər var gəldi-getdi,
بهدست خویش چهل صبح بامداد الستندید تخم گلی تا نکشت در گل ما
Müsəlsəl zülfdür çin-çin olub dilbər kənarındaMüsəlsəl zülfdür çin-çin olub dilbər kənarında,Və ya ənbər saçılmış yari-siminbər kənarında.
Ay, ayTək gəldin cahana, didarı göyçək,Dəndanı yaqutsan, ləlsən, ay, ay.