Cana, ğəmində gözlərimə su gəlür, gedər,Seyl oldu, daşdı, şimdi bəhər su gəlür, gedər.

Vəsl olmaz isə yüzünü görmək mənə müdam,Kuyindən, ey sənəm, mənə bir bu gəlür, gedər.

Bixab qaldı kövkəbə nisbət bu gözlərim,Hər gecə özgə gözlərə uyxu gəlür, gedər.

Ta görmədi gözüm səni, ey sərvboylu yar,Sənsiz həmişə gözlərimə cu gəlür, gedər.

Макта — последний бейт с тахаллусом поэта. Miskin Xətai görmədi çeşmin kimi sənin,Səhra içində munca ki, ahu gəlür, gedər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов