Ta düşübmən eşqinə, hicrində mən zarəm hənuz,Dami-zülfin bəndinə mürği-giriftarəm Hənuz.

Ta ki, mən bülbül təki gülzari-hüsnin görmüşəm,Ta əbəd tərk eyləmən dəreşqi-gülzarəm Hənuz.

Şəmi-rüxsarini ta kim, görmişəm, ey məhliqa.Gögdə yıldızlar kimi hər gecə bidarəm hənuz.

Ta yüzin gördim sənin, mən ey təbibi-dərdi-eşq,Sanma kim, buldum şəfa dərdilə bilmarəm hənuz.

Макта — последний бейт с тахаллусом поэта. Bu Xətai yar ilən qalu bəlidən qıldı əhd,Həq bilür kim, bərsəri-an əhdü iqrarəm hənuz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви