Arizində sünbülün ənbərfişan etmiş durur,Sanəsən kim, əqrəb ilə məhqıran etmiş durur.

Afərin, ol gül yanağlu dilbəri-rənayə kim,Hüsn bağında boyu sərvi-rəvan etmiş durur.

Zərrəmidir bilməzəm, yaxud dəhani dilbərin,Sün ilən bir mumudur, yaxud miyan etmiş durur.

Qaş ilən gözmidir ol rüxsarın üstə, ey sənəm,Yoxsa dövran fitneyi-axır zaman etmiş durur.

Макта — последний бейт с тахаллусом поэта. Ey Xətai, ahuyi-könlün şikar etməkliyə,Dəsti-qüdrət kim, səni əbru kəman etmiş durur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви