Arizin kim ol rüxi-pürnuri-tab üstündədir
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Arizin kim ol rüxi-pürnuri-tab üstündədir,Suyə bənzər kim, həmişə afitab üstündədir.
Haq bilür kim rüxlərin şənində olmuşdur nüzul,Ayəti-müshəf ki, ovraqi-kitab üstündədir.
Aləmin rövşənliyi gərçi günəşdəndir, vəli,Pərtövi-mehri-cəmalın aftab üstündədir.
Tabi-eşqindən həmişə gör nə sərgərdan gəzər,Asiman daim ki, yüzündən niqab üstündədir.
Mehri-eşqin nəqdinə viranə könlümdür məqam,Kim, bəli gəncin yeri daim xərab üstündədir.
Макта — последний бейт с тахаллусом поэта. Ayağın toprağıdır həq əhlinin başında tac,Cismi daim bu Xətainin türab üstündədir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xetai-arizin-kim-ol-ruxi-purnuri-tab-ustundedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nə buyursan şəha, fərman sənindir,Yolunda canü baş qurban sənindir.
Nə dersənQızılgül, bağü bustanım, nə dersən,Fəda olsun sənə canım, nə dersən?
Nə insansan, sən ey can kim, cəmalın həqqə məzhərdirNə insansan, sən ey can kim, cəmalın həqqə məzhərdir,Qaşınlan qamətin şəkli mənə mehrabü mənbərdir.
Nə xacəyəm, nə də mal əksiyimdirNə xacəyəm, nə də mal əksiyimdir,Nə sultanəm, nə xud qul əksiyimdir.
Стихи других поэтов · О любви
Çərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Dərdimə dərman qılan ol gözləri şəhla imişDərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.
Yadıma düşdüYarın gərdəninə qolum salanda,Zülfə dolaşdığı yadıma düşdü.