Nə buyursan şəha, fərman sənindir,Yolunda canü baş qurban sənindir.

Xəta məndən əta səndən əya dust,Ki mürvət kanısan ehsan sənindir.

Susamış ləblərin Xizri-zəmanə,Suvar, gəl çeşməyi-heyvan sənindir.

Səvar ol dövlət atına həmişə,Səadət topuna çovkan sənindir.

Mələklər müştəridir gül yüzünə,Sür imdi ey qəmər, dövran sənindir.

Əzəldən canımı qurban verirdim,Qəbul eylə şəha, fərman sənindir.

Макта — последний бейт с тахаллусом поэта. Eşigində qulundur bu Xətai,Nəzər qıl halına, heyran sənindir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе