Ey könül, vəqti-bahar ötdü, xəzən olmuş durur,Su kənarində sənəm, sərvi-rəvan olmuş durur.

Ey fələk, dünya yüzində dövri-hicran keçdi çün,Ol büti-namehribanım, mehriban olmuş durur.

Şərh edəndən bərlü şirin ləblərin ovsafini,Mürği-canım tutiyi-şirinzəban olmuş durur.

Gərçi düşmən tənəsindən çox cəfa çəkdim, vəli,Şükr kim, işim bekami-dustan olmuş durur.

Döşədi yüz dürlü xali bəzm üçün fərraşi-sün;Saqiya, gəl kim, cəhan baği-cinan olmuş durur.

Simü zərdən şaxlər doldurdu dəstü damənin,Məclisi-şabaş üçün göhərfəşan olmuş durur.

Макта — последний бейт с тахаллусом поэта. Uğraşanda ta ki, eşqin zərrə qılur dağları,Bu Xətai xəstə andan natəvan olmuş durur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви